Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıdakı 187 nömrəli tam orta məktəbin məzunlarından 2-si qızıl medala layiq görülüb

11 Avgust 2017
Bakıdakı 187 nömrəli tam orta məktəbdə təhsilin inkişafı üçün səmərəli layihələr həyata keçirilir, uğurlu nəticələr qazanılır.

Bu barədə AZƏRTAC-a məktəbdən məlumat verilib. Bildirilib ki, bu il məzunlardan iki nəfəri – Aytac İsmayıllı və Fatimə Muxtarova qızıl medala layiq görülüblər.

Liseyin məzunları 2017-2018-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında ürəkaçan nəticələr əldə ediblər.

Xatırladaq ki, məktəb 2009-2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.