Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi əsgərlərlə görüş keçirib

11 Avgust 2017
Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrdə mədəni-kütləvi tədbirlərin təşkil edilməsində məqsəd ölkəmizin zəngin və qədim tarixinin öyrənilməsi, hərbi ənənələrin təbliğ olunması, hərbi qulluqçuların mənəvi-psixoloji ruhunun yüksəldilməsindən ibarətdir.

Görüşlər zamanı ön xətdə xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə tanışlıq olub, əsgərlərlə geniş söhbətlər aparılıb.

Sonra şəxsi heyətlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüş sonda idman yarışı ilə yekunlaşıb.