Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Antarktidada tapılan 106 illik meyvəli keks tədqiqatçıları təəccübləndirib

11 Avgust 2017
Antarktidada 106 il əvvəl hazırlanmış meyvəli keks tapılıb.

AZƏRTAC xəbər verir ki, Antarktida İrsi Fondunun nümayəndələri tərəfindən tapılan keks tədqiqatçılarda böyük təəccüb doğurub. Belə ki, bir əsrdən artıq müddət keçsə də keks xarab olmayıb. Hətta görünüşünə və qoxusuna görə sanki yeni bişirilib.

Keksin “Huntley & Palmers” adlı ingilis biskvit müəssisəsində hazırlandığı ehtimal olunur. Onun Antarktidaya 1910-1913-cü illər arasında ingilis tədqiqatçı Robert Falkon Skoutun rəhbərlik etdiyi qrup tərəfindən gətirildiyi təxmin edilir.