Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Atmosferdəki karbondioksid nisbəti rekord səviyyəyə çatıb

11 Avgust 2017
Amerika Birləşmiş Ştatlarının Milli Okean və Atmosfer İdarəsi atmosferdəki karbondioksid nisbətinin rekord səviyyəyə çatdığını açıqlayıb. AZƏRTAC xəbər verir ki, təşkilatın hesabatına görə, karbondioksidin miqdarı 400 ppm-dən (milyonda bir hissə) yüksək olub.

Hesabatda 2016-cı ildə atmosferdəki karbondioksid nisbətinin artım sürətinin həddindən çox olduğu bildirilir.

Həmçinin havadakı karbondioksid sıxlığının 800 min ilin ən yüksək səviyyəsinə çatdığı qeyd edilir.