Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çində dəhşətli yol qəzası baş vermişdir

11 Avgust 2017
Çin Xalq Respublikasının Şensi əyalətində baş vermiş dəhşətli yol-nəqliyyat qəzasında 36 nəfər həlak olmuş, 13 adam yaralanmışdır. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Məlumata görə, hadisə Pekin-Kunmin sürət yolunda bir sərnişin avtobusunun iştirakı ilə baş vermişdir. İlkin ehtimala görə, avtobus naməlum səbəbdən tunelin girişindəki divara dəymişdir.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanalara yerləşdirilmişlər.

Hadisənin səbəbləri araşdırılır.