Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İranda xüsusi əməliyyat nəticəsində 64 nəfər saxlandı

11 Avgust 2017
İranlı polislər İsfahan şəhərində hovuzun yanında tədbir keçirən 64 gənc oğlan və qızı saxlamışdır. Bu barədə “Tasnim” informasiya agentliyi xəbər verir.

Məlumatda qeyd olunur ki, gənclərin tutulması üzrə əməliyyatda kəşfiyyat əməkdaşları da iştirak etmişlər.

Əməliyyat məhkəmə orqanlarının qərarı əsasında həyata keçirilmişdir.

Məlumatda deyilir: “Spirtli içkilər qəbul etmiş və hovuzun yanında rəqs edən yarıçılpaq oğlanlar və qızlar xüsusi xidmət orqanlarının istintaq tədbirləri nəticəsində saxlanmışlar.

Əməliyyat zamanı xeyli miqdarda spirtli içki müsadirə olunmuşdur.