Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə bir həftə ərzində 32 terrorçu zərərsizləşdirildi

11 Avgust 2017
Son həftə ərzində Türkiyə ərazisində keçirilmiş antiterror əməliyyatı zamanı 32 terrorçu məhv edilmişdir. Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına istinadən “Anadolu” agentliyi xəbər verir.

Terrorçulara qarşı əməliyyatlar ölkənin cənub-şərqində yerləşən Şirnak, Hakkari və Mardin vilayətlərində keçirilmişdir.

Məlumata görə, 19 ədəd silah, 250 kiloqram partlayıcı maddə, 27 əl qumbarası, 5092 patron müsadirə olunmuş, kustar üsulla hazırlanmış 15 partlayıcı qurğu zərərsizləşdirilmişdir.

Bundan əlavə, həftə ərzində terrorçuların 13 sığınacağı və anbarı məhv edilmişdir.