Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yəmən sahilləri yaxınlığında 180 miqrant suya atıldı

11 Avgust 2017
Qaçaqçılıqla məşğul olanlar Afrikadan Yəmənə keçməyə cəhd göstərən 55 nəfəri suda boğmuşlar. Bu barədə “Röyter” agentliyi xəbər verir.

BMT məmurlarının verdiyi məlumata görə, qaçaqçılar qaçqınları daşıyan aclıq və quraqlığın tüğyan etdiyi Efiopiya və Somalidən olan 180 gənci gəmidə Yəmənə gətirirmişlər. Lakin onlar dənizdə patrul gəmilərindən yayınmaq üçün sərnişinləri suya atılmağa və sahilə üzməyə məcbur etmişlər. 55 nəfər dənizdə batmışdır.

Qeyd edək ki, bu, son günlər baş vermiş ikinci analoji hadisədir. Belə ki, avqustun 9-da onlar 120 efiopiyalı və somalilini Yəmən sahillərinə çatmamış dənizə atılmağa məcbur etmişdilər. Nəticədə 50 nəfər suda boğulmuşdur.

Xatırladaq ki, bu ilin əvvəlindən Afrikadan Yəmənə təxminən 55 min qaçqın gəlmişdir.