Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“YARAT” da növbəti tədbir heykəltəraşlığa həsr ediləcək

11 Avgust 2017
 

Avqustun 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil ediləcək “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri heykəltəraşlığa həsr ediləcək.

AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı düşərgədə təşkil ediləcək müvafiq dərslər tanınmış heykəltəraş Novruz Məmmədov tərəfindən aparılacaq.

8-17 yaşlı gənclərin iştirak edə biləcəyi proqrama qatılmaq üçün [email protected] adlı elektron ünvana müraciət olunmalıdır.

Proqramın son qeydiyyat tarixi avqustun 12-də başa çatır. Qeydiyyat ödənişsizdir.