Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Miqrasiya Təşkilatı: İspaniyaya gedən miqrantların sayı keçən illə müqayisədə üç dəfə artıb

11 Avgust 2017
 

Beynəlxalq Miqrasiya Təşkilatı İspaniyaya gedən miqrantların sayının 2016-cı illə müqayisədə üç dəfə artdığını açıqlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu göstərici 11 min 713 miqrantın olduğu Yunanıstandan da çoxdur.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumata görə, İspaniyaya bu günə qədər 11 min 849 qaçqın gedib. Təhlükəsizlik xidmətinin əməkdaşları bildiriblər ki, qaçqınların çoxu uşaqdır və onlara aid şəxsiyyət vəsiqəsi belə yoxdur. Uşaqların İspaniyadakı miqrant mərkəzlərindən birinə aparılacağı və burada sığınacaq müraciəti edə biləcəkləri qeyd olunub.