Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının rəsmiləri arasında görüş keçirilib

11 Avgust 2017
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, deputat Novruz Aslanov Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdə olub.

AzQAC-dan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) milli cəmiyyətlər arasında olan münasibətlərin gələcəkdə inkişaf yolları barədə geniş müzakirə aparmaq idi.

BQXQACF-nin Avropa ofisinin direktoru Simon Missiri və Novruz Aslanov arasında keçirilən görüş zamanı AzQAC ilə Beynəlxalq Federasiya arasında uzun illərdən bəri mövcud olan əməkdaşlıq münasibətləri, bu əlaqələr çərçivəsində görülən işlər və gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub.