Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Livan əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

10 Avgust 2017
 

Avqustun 10-da Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov bu ölkənin Baş naziri Saadəddin Həriri ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli münasibətlər müzakirə olunub və əlaqələrin daha da genişləndirilməsinə ehtiyac duyulduğu vurğulanıb.

Əməkdaşlığın daha da inkişafı üçün Azərbaycan tərəfinin 2015-ci ildə Beyrutda səfirliyin açılması barədə qərar qəbul etdiyini deyən diplomat belə bir addımın Livan tərəfindən də atılacağının gözlənildiyini vurğulayıb.

Livanın Baş naziri ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin, xüsusən turizm sahəsində əməkdaşlığın daha da gücləndirilməsində iki tərəfin maraqlı olduğunu diqqətə çatdırıb.