Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sərin hava şəraiti nə vaxtadək davam edəcək?

10 Avgust 2017
 

 

Sərin hava şəraiti avqustun 11-nə kimi davam edəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 30-35°, bölgələrdə 33-37° isti olacağı gözlənilir. Paytaxtda arabir güclənən şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova, həmçinin qeyd edib ki, sabahdan etibarən havanın hərarəti nisbətən artsa da, hələ ki, kəskin istilər gözlənilmir.