Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Google” axtarış sistemi itirilmiş smartfonları tapmağa kömək edəcək

10 Avgust 2017
 

“Google” axtarış sistemində itirilmiş və ya oğurlanmış smartfonlar və planşetlərin yerini müəyyən etmək mümkündür.

AZƏRTAC vladtime.ru saytına istinadla xəbər verir ki, bunun üçün əvvəlcə “Google” şəbəkəsinin saytına və mobil qurğuda istifadə olunan hesaba daxil olmaq, sonra axtarış sətrində rus və ya ingilis dilində “Mənim telefonum haradadır?” sorğusunu daxil etmək lazımdır.

Xidmət cavab olaraq qurğunun yerinin göstərildiyi xəritəni təqdim edəcək. Funksiyanın tam işləməsi üçün qurğuda “Google” proqramı quraşdırılmış, xatırlatmalar, veb-axtarış və proqramların tarixi, xəbərdarlıqlar aktivləşdirilmiş olmalıdır.