Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Neftçi” – “Qarabağ” oyununun biletləri satışda

10 Avgust 2017
Topaz Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

“Neftçi” Peşəkar Futbol Klubundan AZƏRTAC-a bildiriblər ki, qiyməti 1 manat, VİP yerlər üçün 5 manat olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Avqustun 11-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.