Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin son epizodu başa çatıb

10 Avgust 2017
“Dəniz kuboku-2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışlarda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.

Beynəlxalq hakimlər briqadasının yekdil qərarı ilə tapşırığı 14 dəqiqə 26 saniyəyə yerinə yetirən Azərbaycan hərbi dənizçiləri epizodun qalibi elan edilib.

İkinci yerə İran, üçüncü yerə Qazaxıstan, dördüncü yerə Rusiya hərbi dənizçiləri layiq görülüblər.