Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan çempionatının ən yaxşı bombardirlərinin siyahısına 183 qolla Nazim Əliyev başçılıq edir

09 Avgust 2017
 

Bu həftə avqustun 11-də Topaz Premyer Liqasında 2017/2018 mövsümünə start veriləcək.

AZƏRTAC xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi internet saytı 26-cı ölkə çempionatı ərəfəsində yarışın ən məhsuldar futbolçularının siyahısını müəyyənləşdirib. Cədvəldə əvvəlki 25 çempionatda 50 və daha çox qol vuran futbolçular yer alıb. İndiyədək 34 oyunçu bunu bacarıb. Onlardan 10-u yüzdən çox qol vurub.

Nəticəsi ləğv olunmuş və yarımçıq qalan görüşlərdəki qollar nəzərə alınmamaqla tərtib edilən siyahıya Nazim Əliyev başçılıq edir. Azərbaycan çempionatlarının ən yaxşı bombardirinin hesabında 183 qol var. Müşfiq Hüseynov 125 qolla ikinci, Rövşən Əhmədov 116 topla üçüncüdür.

Hazırda Ağdamın “Qarabağ” komandasının baş məşqçisi olan Qurban Qurbanov siyahıda 115 qolla Samir Ələkbərovla birlikdə dördüncü, beşinci yerləri bölüşür.

Əlli və daha çox qol vuran futbolçular arasında iki legioner də yer alıb. Badri Kvaratsxeliya 72, Georgi Adamiya 61 dəfə fərqlənib.