Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

09 Avgust 2017
Akademik Zərifə Əliyeva adına Liseyin məzunları ürəkaçan nailiyyətlər qazanırlar.

Bu barədə AZƏRTAC-a liseydən məlumat verilib. Bildirilib ki, liseydə təhsilin inkişafı üçün əhəmiyyətli layihələr reallaşdırılır, uğurlu nəticələr əldə edilir. Bu il məzunlardan 21-i qızıl, 15-i gümüş medala layiq görülüb.

Liseyi bitirən 178 məzunun hamısı 2017-2018-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək ballar toplayaraq ali təhsil müəssisələrinə qəbul olunub.

Məzunlardan 2-i qəbul imtahanlarında maksimum nəticə – 700 bal toplayıb.