Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb

09 Avgust 2017
Avqustun 9-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, həmin abituriyentlər müvafiq sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Onlar tələb edilən sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 21-dək davam edəcək.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.