Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

08 Avgust 2017
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini DİM-in internet səhifəsində yerləşdirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar müvafiq cədvəldə təqdim olunur. Həmin cədvəl DİM-in internet saytında yerləşdirilib.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.