Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qızıl və gümüş medala layiq görülən məzunların adları açıqlanıb

07 Avgust 2017
Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin qızıl və gümüş medala layiq görülən məzunlarının adlarını açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, XI siniflərin 154 məzunu qızıl medalla, 31 məzunu isə gümüş medalla təltif edilib.

Qızıl və gümüş medala layiq görülmüş məzunların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Qeyd edək ki, medala layıq görülən məzunların siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib.