Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Darina Moskalenko Avropa çempionatında altıncı yeri tutub

07 Avgust 2017
Triatletika (üzgüçülük, velosiped idmanı və qaçış) üzrə Azərbaycan yığmasının üzvü Darina Moskalenko Velensdə (Macarıstan) gənclər arasında Avropa çempionatında altıncı yeri tutub.

AZƏRTAC xəbər verir ki, bu çempionat bizim idmançı üçün cari mövsümdə ən mühüm startlardan biri olub, çünki yaxın vaxtlara qədər yuniorlar komandasında çıxış edən Darina bu il yaşlılar səviyyəsində özünü sınayır.

20 yaşlı Darina Macarıstanda özündən yaşca böyük rəqibləri ilə yarışıb. Ona görə də altıncı yer bu idmançı üçün çox yaxşı nəticə hesab edilir. Azərbaycan yığmasının üzvü həmin yarışlarda İsveçrə, İspaniya, Portuqaliya, İsrail, Slovakiya, Ukrayna, Rumıniya, Kanada, Finlandiya və bir sıra başqa ölkələrdən olan rəqiblərini geridə qoyub.

Çempionatda qələbə sevincini Britaniya nümayəndəsi Corciya Teylor-Braun bayram edib.