Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bavariya” Almaniya superkubokunun qalibi olub

07 Avgust 2017
Almaniyada mövsümün ilk kubokunu “Bayern Münxen” komandası qazanıb.

AZƏRTAC verir ki, Almaniya kubokunun sahibi “Borussiya Dortmund”la qarşılaşan Bundesliqa çempionu superkubokun qalibi olub.

Gərgin keçən matç 2-2 hesablı bərabərliklə yekunlaşıb. Dortmundluların heyətində Kristian Pulisiç (11) və Pierre-Emerik Aubameyanq (71) fərqlənib. Münxen təmsilçisinin qollarını isə Robert Levandovski (18) və Lukas Pisçek (88, avtoqol) vurublar. Artırılan əlavə dəqiqələrdə də tərəflərin səyinə baxmayaraq tablodakı rəqəmlər dəyişməyib. Qarşılaşmanın taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan “Bavariya” 5-4 hesabı ilə qalib gəlib.