Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paracüdoçularımız Avropa çempionatında dörd qızıl, bir gümüş və iki bürünc medal qazanıblar

05 Avgust 2017
 

Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında iştirak ediblər.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan cüdoçularından İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl, Bayram Mustafayev gümüş, Ramil Qasımov və Hüseyn Rəhimli isə bürünc medal qazanıblar.

Beləliklə, yarışda iştirak edən bütün idmançılarımız görüşlərini uğurla yekunlaşdıraraq millimizin aktivinə, ümumilikdə, dörd qızıl, bir gümüş və iki bürünc medal yazdırıblar.