Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi başlayıb

05 Avgust 2017
 

 

Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-də başlayıb.

AZƏRTAC xəbər verir ki, həmin abituriyentlər elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiqləməlidirlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Beşinci ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 10-dək davam edəcək.