Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Google” şirkəti “Android” sistemi üçün yeni mexanizm tətbiq edib

05 Avgust 2017
 

 

"Google" şirkəti "Android" mobil əməliyyat sistemi üçün keyfiyyətsiz (həddən çox enerji sərf edən, yaxud tez-tez nasazlıq verən) proqram təminatı ilə mübarizədə yeni mexanizm tətbiq edir. İndi istifadəçi "Play Market" proqramlar mağazasında axtarış edərkən keyfiyyətsiz mobil tətbiqlər axtarış nəticələrində daha aşağı yerlərdə görünəcək.

AZƏRTAC xəbər verir ki, şirkət nümayəndəsinin məlumatına görə, bu üsulla istifadəçi təcrübəsini yaxşılaşdırmaq nəzərdə tutulur və tərtibatçılar öz proqramlarının yoxlanmasına daha diqqətli yanaşmağa məcbur edilir.

"Play Market"də proqramların axtarışda qiymətləndirilməsi üzrə cari alqoritm mənfi rəyləri nəzərə alır, ancaq heç də bütün istifadəçilər mənfi rəy yazmadığına görə populyar, lakin keyfiyyətsiz proqramlar uzun müddət axtarış nəticələrində ön pillələrdə görsənə bilir.