Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qarabağ” komandasının Danimarka çempionu ilə keçirəcəyi pley-off oyunlarının başlama vaxtı məlum olub

05 Avgust 2017
Ağdamın “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off matçlarının başlama saatları məlum olub.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq ilk qarşılaşma saat 20:00-da başlayacaq. Bu, həm də günün ilk oyunu olacaq.

Cavab görüşü isə avqustun 23-də Danimarkada Bakı vaxtı ilə saat 22:45-ə təyin olunub. Görüş Kopenhagendəki “Telia Parken” stadionunda keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın çempionu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia”, üçüncü təsnifat raundunda isə Moldovanın “Şerif” klublarını mübarizədən kənarlaşdıraraq turnirin pley-off mərhələsinə yüksəlib.