Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Çempionlar Liqası: “Qarabağ” komandası pley-off mərhələsində “Kopenhagen” ilə qarşılaşacaq

04 Avgust 2017
Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, püşkün nəticəsinə əsasən, Ağdamın “Qarabağ” komandasının bu mərhələdəki rəqibi Danimarka çempionu “Kopenhagen” klubu olub.

Turnirinin qrup mərhələsinə vəsiqə uğrunda bu komandalar arasında keçiriləcək ilk oyun Bakıda, cavab görüşü isə Danimarkada olacaq.

Bu mərhələnin ilk qarşılaşmaları avqustun 15-16-da, cavab matçları isə avqustun 22-23-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın çempionu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında səfərdə Moldovanın

“Şerif” klubunu 2:1 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.