Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yer sakinləri növbəti Ay tutulmasını müşahidə edəcəklər

04 Avgust 2017
Avqustun 7-si Yer sakinləri növbəti Ay tutulmasının şahidi olacaqlar.
Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır.

AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, həmin gün Ay iki saat ərzində Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq.

Ren.tv saytının məlumatına görə, nəticədə Ay dörddə bir hissəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürərək Ayı qırmızı rəngə boyayacaq.
Qeyd edək ki, bu maraqlı təbiət hadisəsi Moskva şəhərindən daha aydın görünəcək.