Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kəndimizin su probleminə son qoyuldu

04 Avgust 2017
 

Qum kəndi Qax rayon mərkəzindən 6  kilometr aralıda, dağ ətəyində,  dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir.  Kəndimiz qədim tarixə malikdir. V əsrə aid  Qum məbədi, XVIII əsrə aid  Sirt qalası, yaxınlıqdakı  Taxta qaya adlı abidə buna əyani sübutdur.

Kiçik  dağ çayı  -  Ərdəvaçay   kəndin  yuxarısında  2  hissəyə  bölünür.  Bu qollardan birindən  kəndimizdə  həyətyanı sahələrin suvarılmasında istifadə edilir, digəri  Süskəndə doğru axır.

Son  illər  tektonik proseslərin aktivləşməsi  nəticəsində  çayın   suyu   xeyli  azalıb. Bu səbəbdən  kənd  sakinlərinin həyətyanı sahələrinin suvarılmasında böyük problemlər yaranmışdı.  Bu ilin iyun ayında kəndimizdə yeni subartezian quyusunun  istifadəyə verilməsi bizi xeyli sevindirdi.  Quyu   kəndin  suya olan tələbatını  ödəyəcək.  Kənd sakinləri adından əhalinin sosial problemlərinin həllinə göstərilən qayğıya görə  dövlət orqanlarına, eləcə də  bu işdə əməyi keçən hər kəsə  təşəkkürümüzü  bildiririk. 

 

Şirin MÜSLÜMOV,

Qax rayonu, Qum kəndi