Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıt bulvarı

04 Avgust 2017
 

Sumqayıt inşa edilərkən şəhər strukturu gələcək perspektiv nəzərə alınmaqla qurulub: yolları, küçələri, meydan və xiyabanları geniş, yaşıllıq zonaları boldur.

Yaşayış massivlərində də perspektiv inkişaf  diqqətdən qaçırılmayıb. Şəhərdə kütləvi  tədbirlər, o cümlədən  əhalinin aktiv istirahəti  və  mədəni əyləncəsi üçün hər bir imkan olub. Doğrudur, əvvəllər daha çox iri sənaye müəssisələri ilə tanınan Sumqayıtda  ekoloji vəziyyət heç də ürəkaçan deyildi. İndi bu məsələ də yoluna qoyulub.

Son illər şəhərimiz  yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərin infrastrukturunun yenilənməsi, müasir tikililərin istifadəyə verilməsi Sumqayıtı cəlbedici edib. Əhalinin həyatı daha rahat və firavan olub.   Yeni salınan dənizkənarı bulvar  təkcə sumqayıtlıların deyil, şəhərimizin qonaqlarının, turistlərin də həvəslə istirahətə gəldiyi gözəl yerdir.  Mən də nəvələrimlə tez-tez bura gəlir, bulvarda  yaradılan geniş istirahət imkanlarından istifadə edirəm.

 

Valentina RƏHİMOVA,

Sumqayıt  şəhər sakini