Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dərəkənddə hər həyətə su gəlir

04 Avgust 2017
 

Kəndimiz rayon mərkəzinə yaxın ərazidə yerləşir. Camaatımızın əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Əkin-biçin işlərimiz dəmyə şəraitinə uyğunlaşdırılsa da, ümumilikdə kəndin həmişə içməli su problemi olub. Əhali  sudan korluq çəkib. Zəruri ehtiyacın təmin olunması üçün hər ailə suyu pulla alıb,  maşınla həyətinə gətizdirib.  Əhalisi 500 nəfərdən ibarət, 65 təsərrüfatı olan bu kənd uzun müddət içməli su  probleminin  həllini gözləyib. Ümidini də heç vaxt itirməyib.

İki il qabaq dövlət dəstəyi sayəsində kəndin su problemi həll olundu. Hazırda kənddə hər  həyətə su gəlir. Hamı sevinc içindədir. Su həyat, dirilik, təmizlik və bərəkət deməkdir.  Verilən su məişət, təsərrüfat  ehtiyaclarımızı tamamilə təmin edir. Bundan savayı, bitkiçiliklə - bağçılıq, bostançılıqla məşğuliyyət imkanı da yaranıb: meyvə, tərəvəz də əkməyə başlamışıq. Bu da kənddə hər kəsin torpağa bağlılığını artırıb.

Kəndimizin su probleminin həllində əməyi keçən hər kəsə dərəkəndlilər adından çox sağ olun deyir, onlara qurub-yaratmaqda uğurlar diləyirik.

 

Eldar SƏFİYEV,

Qobustan rayonu, Dərəkənd kəndi