Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaradılan şəraitdən razıyıq

04 Avgust 2017
 

Dövlətimizin diqqətdə saxladığı mühüm məsələlərdən biri də gənclər siyasətidir. Bu gün ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılmasına, elmə, təhsilə yiyələnmələrinə, eyni zamanda rifahının yüksəldilməsinə xüsusi önəm verilir. Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsinə, gənclərin dövlət və hökumət strukturlarında təmsil olunmasına çalışılır. İstənilən sahədə biz gənclərə geniş yer verilir, önə çəkilirik.

Bu siyasət paytaxtla yanaşı, bölgələrimizdə də yürüdülməkdədir. Bu günlərdə  Salyan Rayon İcra Hakimiyyətində respublikanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan bir qrup tələbə və rayon gəncləri ilə görüş keçirildi. Görüşdə dövlətin gənclər siyasətindən, gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıldı. Maraqlı diskussiya şəraitində keçən tədbirdə gənclərin arzu və  təklifləri də dinlənildi. Ağsaqqal və ziyalılar gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, vətənə sadiq vətəndaş olmağı tövsiyə etdilər.

Əlbəttə, biz gənclər göstərilən bu qayğıdan çox razıyıq. Belə tədbirlər, aldığımız öyüd və məsləhətlər bizi daha fəal və məsuliyyətli olmağa sövq edir. Odur ki, gənclərə yaradılan şəraitdən  maksimum faydalanmalı, daha böyük əzmlə çalışmalıyıq...

 

Elgün MİRZƏYEV,

Salyan