Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həm təhlükəsizdir, həm də rahat

04 Avgust 2017
 

Həm təhlükəsiz olur, həm də rahat. İndi Sumqayıtda belə müasir dayanacaq quraşdırılır. İstifadəsi praktikdir - yağışda-qarda, küləkli və günəşli havada daldalanmaq, eyni zamanda kənara çıxmadan ətrafı seyr etmək, avtobusların yaxınlaşmasını görmək mümkündür.

Onu da qeyd edək ki, Sumqayıtın marşrut xətlərinə yeni avtobuslar buraxılıb. Bu avtobuslar komfortludur, onunla getmək çox rahatdır.

Hazırda şəhərin ictimai nəqliyyat sistemində köklü dəyişikliklər aparılır. Avtobusların, dayanacaqların yenilənməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aparılan islahatlar yeni mərhələyə qədəm qoyub. Dayanacaq yerləri də yenidən müəyyənləşdirilib, lüzumsuz, bir-birinə yaxın dayanacaqlar ləğv olunub.

Doğrudur, hələ də avtobusları dayanacaqdan kənarda saxlayan sürücülərə rast gəlinir. Ümid edirik ki, bu və digər qüsurlar da aradan qaldırılacaq və Sumqayıtın ictimai nəqliyyatı nümunəvi səviyyəyə yüksələcək.

 

Kəbutər KƏRİMOVA,

Sumqayıt sakini