Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müraciətlərimiz cavabsız qalıb

04 Avgust 2017
 

Bərdə şəhər sakinlərini narahat edən bir məsələdən söz açmaq istəyirəm: şəhərimizdə kommunal xərclərin ödənilməsində əksər ailələr üçün müəyyən çətinliklər var. Poçtda uzun növbələr yarandığından biz hər dəfə işıq pulu ödəyəndə əsəb gərginliyi yaşamalı oluruq. Başqa sözlə, saatlarla növbədə gözləməyə məcburuq. Əks halda qaranlıqda qalmağa məhkumuq. Sayğaclar elektron, smart tipli olduğundan  ödəniş, yükləmə kart vasitəsilə edilməlidir. Şəhərdə isə ödəniş məntəqəsi azdır. Bu da belə bir vəziyyətə gətirib çıxarıb.

Bildiyimizə görə, yeni ödəniş məntəqələrinin açılması rayon elektrik şəbəkəsinin səlahiyyətləri daxilindədir. Üzləşdiyimiz bu problemlə bağlı çoxsaylı müraciətlərimiz cavabsız qalıb.

Hörmətli redaksiya!

Bu məsələni yoluna qoymaqda bizə kömək göstərməyinizi xahiş edirik.

 

Rüstəm RÜSTƏMOV,

Bərdə şəhər sakini