Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bişkekdə MDB ölkələri arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilir

03 Avgust 2017
Qırğızıstanda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iki günlük toplantısının gündəliyinə 16 məsələ salınıb. İştirakçılar 2016-2020-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlığa dair əsas tədbirlərin icrasını da müzakirə edəcəklər. 2018-ci ilin MDB-də mədəniyyət ilinin elan edilməsi ilə bağlı hazırlanan tədbirlər planı təsdiqlənəcək ki, bu barədə qərarı üzv ölkələrin Dövlət Başçıları Şurası verib. Plana əsasən xalqların milli-mənəvi dəyərləri, tarixi ənənələri, incəsənəti, folkloru, dili ilə bağlı 87 tədbir keçiriləcək.