Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlk ingilisdilli debat yay düşərgəsindən 60-dək gənc faydalanacaq

03 Avgust 2017
 

Avqustun 4-də start götürəcək və üç gün davam edəcək "Lincoln Douglas" formatlı ilk ingilisdilli debat yay düşərgəsi gənclərin natiqlik bacarıqlarının yüksəlməsinə səbəb olacaq. "Lincoln Douglas" formatında təşkil olunan debat yay düşərgəsində 60-a yaxın gənc iştirak edəcək.

DVC təşkilatından bildirilib ki, düşərgədə iştirak üçün müraciət etmiş 300-dək gənclə müsahibə aparılıb. ADA Universitetində seçilmiş iştirakçılara debatın "Lincoln Douglas" formatı üzrə təlimlər keçilib. Milli Debat Proqramı çərçivəsində təşkil olunan düşərgənin məqsədi regional fəaliyyətin inkişaf etdirilməsi, gənclərin natiqlik bacarıqlarının inkişafı və ölkəmizi beynəlxalq layihələrdə təmsil edə biləcək gənclərin üzə çıxarılmasından ibarətdir. Şəkinin Kiş kəndində keçiriləcək düşərgədə yerli və xarici gənclər "Lincoln Douglas" formatında debatla yanaşı, yeni biliklər qazanacaq, dünyagörüşlərini inkişaf etdirəcək, o cümlədən "Cənnət Bağı"nda istirahət edəcəklər.

Qeyd edək ki, "1st LD Summer Debate Camp" layihəsi Milli Debat Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi və DVC təşkilatı, ADA Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.

 

AZƏRTAC