Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yay məktəblərində 200-dək tələbə iştirak edib

01 Avgust 2017
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu – 2017” yay məktəbi layihəsi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 24-dən başlayan layihə çərçivəsində Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Quba, Masallı, Sabirabad, Zaqatala və İsmayıllı rayonlarında tələbələr üçün yay məktəbləri təşkil olunub. Yay məktəblərində 200-ə yaxın tələbə iştirak edib. Tələbələr “Biznesə necə başlamalı?”, “İKT karyerası”, “My Future is STEAM”, "Sığortalanan gələcək” adlı təlimlərdə iştirak ediblər, həmçinin “Nə? Harada? Nə zaman?” intellektual oyununa qatılıblar.

Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası,“ARB TV”, “ASAN xidmət”, “Bir” tələbə-könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.