Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

01 Avgust 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67, № 9, maddə 1462; 2017, № 1, maddə 65) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsində “ərizələrə bu Qaydanın 5-ci hissəsində nəzərdə tutulan sənədlərlə yanaşı,” sözləri “Nazirlik tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 19.7-ci maddələrinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında” sözləri ilə, “əlavə olunur” sözləri isə “alınır” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 iyul 2017-ci il