Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında

01 Avgust 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

Xalq artisti

 

Mirqasımova Ayan Oqtay qızı

 

Əməkdar mədəniyyət işçisi

 

Allahverdiyeva Afaq Murtuz qızı

Azməmmədov Nadir Mirzə oğlu

Bağırov Tahir Məmməd oğlu

Əsgərov Müzəffər Rza oğlu

Kazımov Tahir Şirin oğlu

Kərimov Arif Cahangir oğlu

Kutiyev Abdulnəsir Hacı oğlu

Mehdiyev Nadir Hüseyn oğlu

Məmmədov Kamil İmaməli oğlu

Süleymanov Badavi Süleyman oğlu

Vəliyev Sabir Əli oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 iyul  2017-ci il