Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilgəh sakinləri səyyar tibbi müayinədən keçirilib

31 İyul 2017

Sabunçu rayonunun ayrı-ayrı yaşayış məntəqələrində aparılan əhalinin pulsuz tibbi müayinə kampaniyası növbəti dəfə Bilgəh qəsəbəsinin sakinləri üçün keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, qəsəbədə səyyar tibbi müayinə zamanı əhali terapevt, endokrinoloq, kardioloq, oftalmoloq, lor, pediatr və ginekoloq həkimlərin tibbi baxışından keçirilib və ultrasəs müayinəsi aparılıb.

İcra hakimiyyətinin və “Sağlam Ailə” Tibb Mərkəzinin təşkilatçılığı ilə keçirilən aksiya digər qəsəbə və kəndlərdə də davam etdiriləcək.