Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avqust ayında tam Günəş tutulması olacaq

31 İyul 2017
ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, avqust ayında tam Günəş tutulması baş verəcək.

AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.

Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcək.

Növbəti Günəş tutulması isə 2035-ci ilin sentyabr ayının 2-də baş verəcək.