Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Birinci qrup üzrə imtahan verənlər ixtisas seçərkən nələrə diqqət yetirməlidirlər?

31 İyul 2017
Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr etdirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu kitabçada I ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunur.

Kitabçanı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.