Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

30 İyul 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 300; 2001, № 7, maddə 467; 2002, № 6, maddə 341; 2003, № 10, maddə 544; 2004, № 2, maddə 61; 2005, № 10, maddə 915; 2006, № 2, maddə 81; 2010, № 5, maddə 388; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 683; 2013, № 11, maddə 1337) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

1. Altıncı abzasda “elmi-tədqiqat idarələrinin” sözləri “elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.

2. On yeddinci abzasda “elmi-tədqiqat” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin.

3. On səkkizinci abzasda “elm, təhsil və” sözləri “elmi müəssisə və təşkilatlarda, təhsil sahəsində, habelə” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyul 2017-ci il