Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“GoPro QuikStories” funksiyası videonu avtomatik ötürəcək

28 İyul 2017
 

 

"GoPro" şirkəti qısa videoların yaradılması və onların sosial şəbəkələrdə dərc edilməsi üçün nəzərdə tutulan yeni "QuikStories" funksiyasını təqdim edib.

AZƏRTAC "Macdigger" resursuna istinadən xəbər verir ki, "Quik" redaktorunun yeni funksiyası olan "QuikStories" əvvəllər qısa videoların yaradılmasını dəstəkləsə də, indi bunu avtomatik edəcək. Yenilənmə, həmçinin "GoPro Hero 5" kamerası ilə son çəkilmiş videoları fon rejimində smartfona ötürməyə imkan verəcək və bundan sonra "Quik" əlavəsi redaktə etməyə başlayacaq.

"GoPro" xəbərdarlıq edir ki, kameranın enerjisi 20 faizdən çox olmalıdır, əks halda faylların ötürülməsi dayandırıla bilər. Uzun videoçarxların ən yaxşı fraqmentlərini kəsən "Quik" redaktoru kompüter görmə qabiliyyətindən istifadə edir.

Şirkət "QuikStories" vasitəsilə istifadəçiləri daha çox keyfiyyətli kontent yaratmağa və onları sosial şəbəkələrdə paylaşmağa stimullaşdırmaq niyyətindədir.