Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Arxeoloqlar ötən il antik dövr üzrə uğurlu tədqiqatlar aparıblar

28 İyul 2017
 

 

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları antik dövr üzrə tədqiqatlar aparıblar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığındakı eramızdan əvvəl V–IV əsrlərə aid şəhər kompleksində antik dövrə aid saray kompleksinin tədqiqi davam etdirilib. Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisində yerləşən antik və orta əsrlərə aid Qalatəpə şəhər məskəninin üst qatında arxeoloji qazıntılar aparılıb.

Eyni zamanda, Şamaxı rayonu ərazisində antik dövr Gəgəli nekropolunda qazıntı işləri görülüb. Qazıntı zamanı tapılan maddi mədəniyyət nümunələri əsasında Gəgəli nekropolu ilk orta əsrlərə aid edilib.