Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

28 İyul 2017
 

Məzahir Pənahovun sədrliyi ilə iyulun 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın iyulun 21-də keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiyanın qərarı ilə 43 saylı Sumqayıt üçüncü və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.