Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

22 İyul 2017
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 475; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 258; 2004, № 3, maddə 133; 2005, № 10, maddə 871; 2009, № 2, maddə 46; 2010, № 3, maddə 178; 2014, № 4, maddə 329; 2016, № 6, maddə 1003) 14-cü maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulan birdəfəlik müavinət yalnız nağdsız qaydada ödənilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2017-ci il