Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

21 İyul 2017
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alır:

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 690; 2001, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2004, № 4, maddə 202; 2005, № 2, maddə 62; 2007, № 11, maddə 1082; 2010, № 3, maddə 173; 2011, № 12, maddə 1075; 2015, № 2, maddə 86; 2016, № 11, maddə 1779) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddə “küçə reklamlarına” sözləri “açıq məkanda reklama” sözləri ilə əvəz edilsin;

2. 2-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkan reklamına görə ödənilən haqqın məbləği “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən müəyyən edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2017-ci il