Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

21 İyul 2017
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 11-ci bəndini  rəhbər  tutaraq qərara alır:

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 399; 2008, № 6, maddə 462; 2009, № 12, maddə 954; 2017, № 1, maddə 13) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə “Damazlıq işi haqqında” sözləri “Damazlıq heyvandarlıq haqqında” sözləri ilə əvəz edilsin.

2. 11.3-cü maddədə “subyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi” sözləri “subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2017-ci il